DYP rektorlara müraciət etdi

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) rektorlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Axar.az-a bildirib ki, ali təhsil müəssisələrinin qarşısında vəziyyət olduqca narahatedicidir:

"Cəmiyyətdə hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur. Bu, başa düşüləndir. Amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi bir məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz! Gənc nəslin nümayəndələri gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi misal çəkək, kimi nümunə göstərək?! Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, kənardan çox pis görsənir və ictimai fikirə mənfi təsir edir.

Universitetlərin rəhbərlərindən təlim tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, ictimai fəal gəmclərimiz əslində çox sadə, lakin həyatı əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dətək olacaqlar! Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik!"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300