Əhməd Məmmədlinin aclıq aksiyasına başladığı bildirilir

 

"Əhməd Məmmədli dedi ki, o, həbs olunduğu andan aclıq aksiyasına başlayıb”.

 

 

Bu sözləri Demokratiya 1918(D18) Hərəkatının Baş katibi Samir Sultanov Əhməd Məmmədlinin hüquqlarının müdafiəsiylə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

 

Sentyabrın 20-də D18 Hərəkatının sədri Əhməd Məmmədli Bakının İslam Səfərli küçəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

 

Daha sonra o, vəkilinin iştirakı təmin edilmədən Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib.

 

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsilə ittiham edilib.

 

Samir Sultanovun sözlərinə görə, hərəkat sədrinin həbsi siyasi və sülh çıxışları ilə bağlıdır.

 

Fəal deyib ki, Əhməd Məmmədlinin bir ay sonra azad olunması ilə onun təhsil hüquqları da pozula bilər. Çünki o, həbs olunduğu gün təhsil səfəri ilə bağlı bilet almağa gedirmiş.

 

D18 Hərəkatının İdarə Heyətinin üzvü Afiəddin Məmmədov Ə.Məmmədlinin həbsiylə bağlı beynəlxalq təşkilatlara – "Amnesty İnternational”, "Freedom House” və digərlərinə məlumat verdiklərini qeyd edib: "Eyni zamanda Əhmədin qanunsuz həbsi ilə bağlı ölkədəki səfirlikləri də məlumatlandırırıq”.

 

"Müdafiə Xətti” insan hüquqları təşkilatının həmtəsisçisi Zəfər Əhmədov isə deyib ki, Azərbaycan Cinayət Məcəlləsinə görə, müharibəyə çağırış cinayətdir, bu baxımdan müharibəyə qarşı çıxmağın niyə cinayət hesab edilməsi anlaşılmazdır: "Kiminsə fikri, ifadəsi sərt ola bilər, amma bu, o demək deyil ki, kimisə buna görə həbs etmək olar”.

 

Hüquqşunas Səməd Rəhimli isə Meydan TV-yə deyib ki, Əhməd Məmmədlinin saxlanılmasıyla bağlı pozuntu, inzibati xətanın tətbiqiylə bağlı qanunsuzluq var. Həmçinin azadlıq, ədalətli məhkəmə və ifadə azadlığı hüquqları da pozulub.

 

"Bir məsələyə diqqət yetirmək lazımdır ki, Əhməd Məmmədlinin anti-müharibə mövqeyinə görə saxlanması Azəbaycandakı azsaylı və kifayət qədər cəsarətli müharibə əleyhdarlarına qarşı hədələyici effekt yaradan haldır”, - hüquqşunas belə deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300