Vəkil Elçin Sadıqov Əvəz Zeynallının üzünə durub? - Vəkilindən açıqlama

 

"Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması məndə təkcə bir vəkil kimi deyil, vətəndaş kimi də böyük məyusluq yaratdı. Çünki onun heç bir ictimai təhlükəsi və həbs edilməsi üçün bir prosedur əsas yoxdur".

Musavat.combildirir ki, bu sözləri jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc jurnalistlərə açıqlamasında deyib. Vəkil jurnalistlərin "Elçin Sadıqovun Əvəz Zeynallının üzünə durması iddiaları doğrudurmu?" sualına bu cür cavab verib:

"Bu cür məsələlər istintaqa aid olduğundan onu açıqlamaq ixtiyarımız yoxdur. Yəni qanunla istintaq sirrini açmaq olmaz".

Vəkil jurnalistin səhhətindən də söz açıb:

"Əvəz Zeynallının səhhətində problemlər olması xəbəri doğrudur. Onun gözündə problemlər var. Hətta maşınından götürülən sənədlərin arasında həm gözü, həm də onkoloji diaqnostikası ilə bağlı sənədlər də olub. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Hətta tərifləyib dedi ki, bura mənə istirahət kimi gəldi, evdən yemək gətirməyə ehtiyac yoxdur".

Xatırladaq ki, Cinayət Məcəlləsinin 311.1.1 (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham olunan "Xural TV" rəhbəri Əvəz Zeynallıya qarşı daha bir ittiham - 312.1 (nüfuz alveri) maddəsi də irəli sürülüb.

Xalidə Gəray ,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300