Bu qəndləri almayın- AQTA-dan xəbərdarlıq

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qənd məhsulları ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb.

Musavat.comxəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.

Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.

Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:

Məhsulun istehsalçısı

Məhsulun əmtəə nişanı

Məhsulun istehsal tarixi

Qablaşdırmanın həcmi

1

"Şüvəlan şirniyyat” ASC

"Qidam” ağ qənd

01.03.2021

700 qr

"Abşeron” ağ qənd

19.11.2021

600 qr

"Bol” ağ qənd

27.01.2022

700 qr

"Yek dad” ağ qənd

21.02.2022

700 qr

"Bolqənd” xırda qənd

10.11.2021

150 qr

"Yek dad” xırda qənd

16.08.2021

150 qr

"Yek dad sweet as honey” qənd

01.11.2021

700 qr

"Yek dad sweet as honey” qənd

02.03.2022

1700 qr

"Bol qənd” kəllə qənd

21.02.2022

700 qr

"Abşeron qənd”

kəllə qənd

21.02.2022

100 qr

2

"Bolluq” MMC

"Bolluq” ağ qənd

23.12.2021

500 qr

"Bəyaz” ağ qənd

10.03.2022

600 qr

3

f/ş Nadirov Tofiq Həmid oğlu

"Əsl tam”

əla növ kəllə qənd

01.02.2022

700 qr

4

f/ş Kərimov Əfqan Bəhriş oğlu

"Dişləmə” kəllə qənd

24.12.2021

700 qr

17.06.2022

09.02.2022

500 qr

18.06.2022

5

"Aysu Qida Sənaye LTD” MMC

"Umelaya xozyayka” qənd

13.01.2022

500 qr

6

"ŞAM-Fİ İnternational Trading Company” MMC

"Bizim aşçı” ağ qənd

21.02.2022

750 qr

7

"Əmin qida sənaye” MMC

"İlğım” ağ qənd

01.06.2021

800 qr

8

f/ş Qəmbərov Rauf Rəfi oğlu

"Kral” kəllə qənd

20.02.2022

5 kq

9

f/ş Rəhmanov Pənah Güləhməd oğlu

"Şipşirin” qənd

09.03.2022

700 qr

10

f/ş Novruzov Əbdulla Əmir oğlu

"Skazoçnaya tayqa” qənd

21.08.2021

5 kq

11

f/ş Babayev Nazim Səyyaf oğlu

"Əla keyfiyyətli” kəllə qənd

02.03.2022

150 qr

12

f/ş Bayramov T.

"Göyçə” qənd

08.02.2021

150 qr

AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın "1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300