Kütləvi bilet alışına görə "İticket” çökdü - "Qarabağ” klubundan AÇIQLAMA

 

"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri bu gündən satışa çıxarılıb.

Bilet satışa çıxarıldıqdan ilk dəqiqədən etibarən azarkeşlər "İticket” şirkətinin saytında bilet almaqda problemlə üzləşib. Sayta girişdə bir xeyli çətinliklər olub.

Məsələ ilə bağlı Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O bildirib ki, bu oyuna gözləniləndən artıq maraq var. Buna görə azarkeşlərə təşəkkür edən G.Abbaszadə saytda texniki problemlər yarandığını vurğulayıb:

"Bunun səbəbi eyni anda təxminən 100 min insanın "Qarabağ”ın oyununa bilet almaq istəməsi olub. Bunun nəticəsində də saytın serverlərində həddindən artıq yüklənmə olub. Bu da texniki problemlərə gətirib çıxarıb. Biz əvvəlcədən açıqlamışdı ki, biletlə bağlı bütün məsələləri "İticket” şirkətinə həvalə etmişik. Bilet satışı ilə məşğul olan məhz "İticket” şirkətidir. Dərhal biz klub olaraq şirkətlə əlaqə saxladıq. Bu texniki nasazlığı tezliklə aradan qaldırmağa çalışırlar. Azarkeşlər narahat olmasınlar. Yaxın saatlar onlayn satış bərpa olunacaq. Hal-hazırda kassalarda satış davam edir”.

Xatırladaq ki, "Qarabağ”la "Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300