Şagirdlərin elektron yerdəyişməsi bu tarixədək davam edəcək

 

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.

Bu barədə Uluyol.info-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses "sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.

Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına "Tərəqqi” texniki-humanitar liseyi;

7. "Zəngi” liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Qeyd edək ki, "sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən aktivdir, X siniflər üçün isə avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300