İranlı diplomatın "qarın ağrısı”, yenə "terrorçu”, yenə sərhəd məsələsi…

 

44 günlük müharibədən sonra məqsədli şəkildə gündəmə gətirilən və açıq yalan olan bir məsələ bu gün də dövriyyədədir. İşin qəribə tərəfi odur ki, bu məsələ İranın dilində mütəmadi olaraq dönüb, dolaşır. Söhbət guya, müharibədə Azərbaycan tərəfindən Suriyadan gətirilmiş muzdluların döyüşməsidir.

JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycanın dövlət başçısı bir neçə dəfə açıqlama verib. Hər dəfəsində bildirib ki, belə birşey yoxdur və olmayıb. Azərbaycanın əleyhinə işləyən qrupların ortaya atdıqları məsələ yenidən, bu dəfə də İran tərəfindən ortaya atılıb.

JAMAZ.İNFO xəbər verir ki, İranın Ermənistandakı sabiq səfiri Qasem Səccadi Tvitter səhifəsində yenidən "terrorçu”lar məsələsinə baş vurub. "Terrorçuların mövcudluğu və onların Suriyadan Azərbaycana gətirilərək, İranla sərhəddə yerləşdirilməsi yolverilməzdir. Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqın ardınca, Türkiyə indi İran sərhədləri yaxınlığında pis fəaliyyət göstərir. Türkiyə odla oynadığını başa düşməlidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300