İcra başçısının "moyka" biznesinə girişdiyi bildirilir

 

Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin biznesi ilə bağlı yeni məlumatlar yayılıb.

 

Bu barədə "azfakt.com" məlumat yayıb.

 

Bildirilir ki, Fərzəliyev bu biznesi Nərimanov rayon icra hakimiyyətinin başçısı olduğu vaxt əldə edib.

 

Sayta məlumat verən sakinlər icra başçısını "əmlak kralı" kimi xarakterizə ediblər.

 

"İllər öncə paytaxtda - Nərimanov rayonunda əhali arasında "qəbiristanlıq" kimi tanınan ərazinin sökülməsi, bu ərazilərin iş adamlarına, yüksək vəzifəli şəxslərə satılması hesabına milyonlarla vəsait əldə edən Abdin Fərzəliyev həm də bu ərazidə - Əhməd Rəcəbli küçəsində çoxsaylı daşınmaz əmlaklara sahibdir. Əlbəttə ki, bu obyektlər İcra başçısının özünün yox, qohum-əqrabalarının, etibar etdiyi şəxslərin adınadır", - deyə məlumatda bildirilir.

 

Məlumata görə, Abdin Fərzəliyevin sərmayə yatırmağa başladığı sahələrdən biri də "avtoyuma" biznesidir: "İcra başçısı bu istiqamətdə artıq ilk obyektini istifadəyə verib. A.Fərzəliyevin yeni "biznes imperiyası"na əlavə olunan sonuncu obyekt "avtoyuma" məntəqəsidir. bu obyekt Əhməd Rəcəbli 1 ünvanında - Atatürk liseyinin qarşısında yerləşir".

 

İddia olunur ki, obyekt sənəddə Seyidzadə Saleh Mirmöhsün oğlunun adına olsa da, əslində nəzarəti Abdin Fərzəliyevin etibarlı adamı kimi tanınan və hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən Nurlan Həsənov edir: "Onu da vurğulayaq ki, Saleh Seyidzadə Nurlan Həsənovun yaxın qohumudur. Saleh Seyidzadə həm də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır".

 

Saytın əməkdaşı əraziyə gedərək obyekt barədə yeni məlumatlar əldə edib. Belə ki, obyektin ümumi ərazisi dövlət sənədində 186 kvm göstərilsə də, tikinti zamanı layihədən kənara çıxmaq hesabına ümumi ərazi 200 kvm-dan yuxarıdır.

 

İkimərtəbəli olan obyektin birinci mərtəbəsi "təkər təmiri, "avtoyuma" "çilingər-yağlama" sexləri kimi fəaliyyət göstərir.

 

Obyektin ikinci mərtəbəsi isə Ataürk mərkəzinin qarşısında olan dairəyə-küçəyə açılır.

 

Ərzidəki sakinlər bildiriblər ki, burada kafe fəaliyyət göstərəcək. Hazırda ikinci mərtəbədə təmir işləri yekunlaşmaqdadır. Obyektin ümumi qiymətinin hazırda 1 milyon manat civarında olduğu bildirilir.

 

Həmin ərazidə olan "Altun" şadlıq sarayının da Abdin Fərzəliyevə məxsus olduğu deyilir.

 

A.Fərzəliyev 2003-2005-ci illərdə Nizami rayonunun, 2005-2022-ci illərdə Nərimanov rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 

Şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300