"Qarabağ"ın səfərdə "Turan Tovuz"a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III tur matçı təxirə salınıb.

Uluyol.info Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul olunub.

PFL, Tovuz klubunun da razılıq məktubuna əsasən, Ağdam təmsilçisinin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300