DSX-dan 200 minlik müəmmalı tender:Qalib şirkət elandan sonra yaranıb-Fotofakt

 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi "Lıon Supplıes" MMC (VÖEN- 2906624951) olub. Qalib şirkət DSX-ya 560 ədəd istehsalat masası və stellaj satacaq və qarşılığında 199 min 892 manat alacaq.

 

Tender müsabiqəsinin qalibi olan "Lıon Supplıes" MMC 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 18 MKR, ev 34, m. 23-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Qənbərov Şirxan Şirzad oğludur.

 

Maraqlıdır ki, DSX tender elanının MMC-nin dövlət qeydiyyatına alındığı gündən 2 gün əvvəl – 29.03.2022-ci il tarixində elan edib.Yəni, 200 min manatlıq tender elan olunan zaman "Lıon Supplıes" MMC mövcud olmayıb. Sənəd qəbulu isə aprel ayının 19-na kimi qəbul edilib.

 

Diqqət çəkən daha bir məqam isə odur ki, tender elanında tələb olunan sənədlərdən biri MMC-nin 2020-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətidir. Məlum məsələdir ki, 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınan MMC-nin 2020-ci il üçün maliyyə hesabatı təqdim etməsi mümkün deyil. Çünki 2020-ci ildə "Lıon Supplıes" adlı MMC olmayıb.

 

Bunlardan başqa tələb olunan sənədlər arasında MMC-nin potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış və təsdiqedici sənədlər yer alır.

 

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər də yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

 

Tender elan olunduğu gündən 2 gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı və bunu hansı sənədlərlə təsdiq edəcəyi aydın deyil.

 

Məsələ ilə bağlı suallarımızı DSX-nin mətbuat xidmətinə ünvanladıq. Qurumdan suallarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq. (yeniavaz)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300