"Tender camaşırxanası": Lerikdə yarım milyonu udan "Elnur"

 

Lerik Rayon İcra Hakimiyyəti "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

 

"Qaynarinfo" xəbər verir ki, maliyyə dəyəri 557 323.77 AZN olan müqavilədə Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb.

 

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

 

Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

 

Açıq mənbələrdə "Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur.

 

Zaur Abıyevin adı isə "MTN işi”ndə keçir.

 

İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib.

 

O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə "Texnikabank”ın "Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

 

Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar.

 

Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

 

Zaur Abıyevin sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi şirkət Saatlı Olimpiya İdman Kompleksinin tikintisini də həyata keçirib. "İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün "Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.

 

Araşdırmalarımız zamanı o da bəlli olub ki, "Elnur-2” şirkəti əsasən cənub rayonlarından sifariş alır.

 

Şirkət 2020-2022-ci illərdə Astara Rayon İcra Hakimiyyəti ilə ümumi maliyyə dəyəri 1 312 858.53 AZN təşkil edən 4, Lerik Rayon İcra Hakimiyyəti ilə ümumi maliyyə dəyəri 2 897 333.27 AZN olan 8, Masallı Rayon İcra Hakimiyyəti ilə isə ümumi maliyyə dəyəri 1 432 530.83 AZN olan 3 satınalma müqaviləsi imzalayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300