DTX Əbülfəz Məlikovu həbs edib

 

"Broker” MMC rəhbəri vəzifə saxtakarlığında da ittiham olunur

 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yüksək vəzifəli gömrükçülərlə bağlı cinayət işinin istintaqı çərçivəsində "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov da həbs edilib.

 

Onun barəsində Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Şirkət rəhbərinə Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

O, milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında təqsirləndirilir.

 

Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərliyinə, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslərdən sayılır.

 

Zaman-zaman onun adı müxtəlif qalmaqallarda hallanıb. Hətta gömrük sahəsindəki monopoliyada əsas fiqurlardan olduğuna dair iddialar da səslənib.

 

Əbülfəz Məlikova ittiham verilən maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

Onun özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300