Roma Papası Ukrayna ilə bağlı çağırış edib

 

Roma Papası Fransisk Ukraynada münaqişənin nizamlanması üçün danışıqlar prosesini tez bir zamanda bərpa etməyə çağırıb.

Uluyol.info "Report”a istinadən xəbər verir ki, Papa belə bir bəyanatla Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsindən sonra çıxış edib.

"Xahiş edirəm ki, bütün beynəlxalq oyunçular Ukraynada danışıqlar prosesini bərpa etmək üçün səylərini əsirgəməsinlər. Müharibələrin yalnız ölümlə nəticələndiyini, xalqları bir-birindən uzaqlaşdırdığını, həqiqəti və dialoqu öldürdüyünü necə başa düşməmək olar?”, - pontifik bildirib.

O, gələn bazar günü (24 iyul - Red) Kanadaya apostol səfərinə gedəcəyini xatırladıb, bunu yoxlama və tövbə ziyarəti adlandırıb: "Məhz Kanadada dini qurumların üzvləri də daxil olmaqla bir çox xristianlar yerli xalqlar üçün zərərli olan mədəni assimilyasiya siyasətini təbliğ edirdilər. Ümid edirəm ki, Tanrı artıq başlamış barışdırıcı şəfa yolu ilə getməyə kömək edəcək”, - deyə Papa əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300