Ölkədə isti hava şəraiti davam edəcək

 

Milli Hidrometeorologiya Xidməti faktiki və gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən verilən xəbərə görə, iyulun 17-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Şimal-qərb küləyi iyulun 17-si səhər Bakıda və Abşeron yarımadasında arabir 21 m/s olub.

İyulun 16-da Bakıda iqlim normasından 3.6° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 38°-dək isti, Naxçıvan MR-da 37-40°, Şərurda 41°-dək isti, dağlıq rayonlarda 27-30° isti, aran rayonlarında 35-40°, Hacıqabulda 42° isti olub.

Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.

Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300