Türkiyə və İran XİN başçılarının telefon danışığı olub

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hoseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Uluyol-un APA-a istinadən verdiyi xəbərə görə, nazirlər iki ölkə arasında siyasi əlaqələri və iyulun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana planlaşdırılan rəsmi səfəri barədə müzakirə aparıblar.

Qeyd edək ki, sabah Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə gerçəkləşir. Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi və iyulun 19-da Astana formatı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Qeyd edək ki, iyulun 19-da Tehranda Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300