Naxçıvanın yeni Ombudsmanı seçilib

 

Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib.

Uluyol.info "Report"a istinadən xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi” barədə məsələ altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən yeddinci sessiyasının gündəliyinə daxil edilib.

Sessiya zamanı baş tutan səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.

Ali Məclisin Sədri Vasif Talıbov Günay Rzayevanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi münasibəti ilə təbrik edib və ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl G.Rzayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300