Əməkdar jurnalist Mais Məmmədov vəfat edib

Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl o, səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə alırdı.

Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2016-cı ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə – ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb.

Eyni zamanda, ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri olub. Azərbaycan Respublikasının "Əməkdar jurnalist” Fəxri adı ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300