MİDA-nın mənzil seçiminin nəticələri ləğv olundu

 

Mənzil seçimi prosesi yenidən keçiriləcək

 

"Güzəştli mənzil” mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

 

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) iyulun 8-də yaydığı birgə məlumatında bildirilib.

 

Qeyd olunub ki, martın 30-da "Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi olub:

 

"Araşdırmalar nəticəsində müdaxilədə şübhəli sayılan E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar”.

 

Məlumatda adları çəkilən şəxslər və digərlərinin Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edildiyi vurğulanıb.

 

"Həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş "Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollara əl atıblar. Onlar kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb, tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin ediblər. Bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar”, - deyə bildirilib.

 

Hər iki dövlət qurumu Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəyini qeyd edib: "Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

 

Aprelin 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və MİDA 5 saniyəyə 442 evin satılmasıyla bağlı cinayət işi başlanıb.

 

Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ilin aprelində prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

 

Agentliyin əsasnaməsinə görə, hədəflərindən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

 

Agentliyə müraciət edən gənc ailələrin yaşı 35-dən yuxarı olmamalıdır. O cümlədən, ev ipoteka krediti ilə alındığı zaman 10 faiz minimal ödəniş tələb olunur.

 

Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300