Sülhməramlılar və ermənilərin Laçındakı TƏXRİBATLARI: "Azərbaycan rusların ərazidən çıxmasını tələb etməlidir"

 

 

"Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra köhnə dəhlizi sıradan çıxarmaq lazımdır. Elə etmək lazımdır ki, o yol bir daha işləməsin”.

Bu sözləri Laçın rayonunun boşaldılması, erməni tərəfinin Laçında SSRİ bayrağı dalğalandırması və Rusiyanın Tovuz istiqamətində yeni hərbi baza inşa etməsini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov yenicag.az-a açıqlamasında deyib.


Rövşən Məhərrəmov bildirib ki, rusların yeni hərbi baza yaratması enerji daşıyıcılarının keçdiyi kəmərə təhlükə yarada bilər:

"Kəlbəcərdəki oxşar vəziyyət hazırda Laçındadır. Suriyadan gəlmiş ermənilər və onların bələdiyyə nümayəndəsi açıqlamalar verir ki, oradan çıxmayacaqlar. Əlbəttə ki, onların belə rahat danışmasına rəvac verən Rusiya sülhməramlılarıdır. Laçının mərkəzində Rusiya sülhməramlılarının maşınının yaxınlığında SSRİ bayrağı dalğalanır. Bunu erməni mətbuatı özü yaymışdı. Belə təxribatlara əl atırlar. Laçın dəhlizi sülhməramlıların nəzarəti altında olmasına baxmayaraq, əraziyə silahlı terrorçular gəlir. Hətta Ermənistan Baş Qərargah rəisinin müavini belə açıqlama verdi ki, Qarabağda xidmət üçün peşəkar hərbçilər göndərəcəklər.

Son günlər Laçında evlər yandırılır, ərazilər talan olunur. Rusiya sülhməramlıları 10 noyabr bəyanatına əməl etmir.

Ukraynada müharibə aparan ruslar Qarabağda da sakitliyin olmasının tərəfdarı deyil. Paşinyanın komandasından olanlar və ona müxalif olanlar yenidən müharibə çağırışları etməyə başlayıblar. Bilirlər ki, alternativ yol açıldıqda Azərbaycan dövlətinin gömrüyü və sərhəd xidməti orada xidmət aparacaq, qanunsuz keçidlərin qarşısı dərhal alınacaq.

Bu azmış kimi, ruslar Tovuz rayonunun Dilcan ərazisində köhnə hava limanının yerində baza tikirlər. Bu da Azərbaycana bir təhdid kimi görünür. Tovuz ərazisi stratejidir. Bütün neft-qaz kəmərləri oradan keçir.

Hesab edirəm ki, Azərbaycan ordusu qarşı tərəfə və Rusiya sülhməramlılarına xəbərdarlıq etməlidir. Xəbərdarlıqdan sonra sakitləşməsələr, antiterror əməliyyatlarına start verilməlidir.

Hesab edirəm ki, Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra köhnə dəhlizi sıradan çıxarmaq lazımdır. Elə etmək lazımdır ki, o yol bir daha işləməsin. Azərbaycan tərəfi hər zaman ən pis varianta hazır olmalıdır. Fikrimcə, lokal toqquşma ehtimalı var. Ciddi toqquşma ehtimalı da ola bilər. Sülhməramlıların fəaliyyətinin bitməsinə 6 ay qalmış Azərbaycan rusların ərazidən çıxmasını tələb etməlidir. Azərbaycan ərazi bütövlüyünü bərpa edib Xankəndidə də oturmalıdır.

Ermənilər istəsələr, qala bilərlər. Cinayət əməli olmayanlar Azərbaycan vətəndaşlığını qəbul edə bilərlər. Ancaq istəməzlərsə də, tərk etsinlər. Belə bir deyim var, qonşun pisdirsə, köç qurtar. Ermənilər Azərbaycanın tələblərini bəyənmirlərsə, köçüb getməlidirlər”.


Səxavət Məmməd, yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300