Yayda isti çay içməyin faydaları

 

Yarımfabrikatlar və gözəl qablaşdırılmış şirniyyatlar mağaza rəflərini elə gözəl bəzəyir ki, alış-verişdə bədəni təmizləyən liflə zəngin göyərtilərə, meyvə və tərəvəzlərə demək olar ki, fikir vermirik. Sağlam qidalanmır və kifayət qədər su içmirik, bu da ümumi rifahımıza mənfi təsir göstərir. Eyni şey çaya da aiddir. Bu içki təkcə qışda deyil, həm də yayda içilə bilər.

İsti havalarda su balansınıza nəzarət etmək və günəşdə bədəni yandırmamağa çalışmaq çox vacibdir. Belə bir vaxtda xüsusilə soyuq içkilərlə, yaxud dondurma ilə istini bədəndən qovmağa çalışırıq. Lakin diyetoloqlar belə qidalardan sui-istifadə etməyi məsləhət görmür. Soyuq su içdiyiniz və ya desert yediyiniz zaman bədən temperatur fərqini kompensasiya etmək üçün qızmağa başlayır. Bu, günəş vurmasına səbəb ola bilər. Odur ki, əks təsirə səbəb ola biləcək isti çaya üstünlük vermək daha məqsədəu uyğundur.

Uluyol.info publika.az-a istinadən oxucuları isti çayın faydaları ilə tanış edir.

Sərinləməyə kömək edir

Çay içərkən tərləmə sürəti çox artır, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin tər mühüm funksiyanı yerinə yetirir. Tər dəridə buxarlanaraq orqanizmin soyumasına kömək edir.

Maddələr mübadiləsini yaxşılaşdırır

Bir çox Asiya ölkələrində yeməklə isti içkilər içmək ənənədir. Xüsusilə yay aylarında bu faydalı vərdişi istifadə etməyə dəyər. Bu, vitaminləri mənimsəməyə kömək edir, həmçinin bədəndə artıq suyun tutulması ilə mübarizə aparır.

İnfeksiyalarla mübarizə aparır

İsti çay immunitetimizi gücləndirə bilər. Koronavirus infeksiyası hələ davam edir, odur ki, immuniteti gücləndirmək təkcə qışda deyil, yayda da faydalı olacaq.

Reproduktiv sağlamlıq problemlərinin qarşısını alır

Menstruasiya pozğunluğuna səbəb ola bilən soyuq içkilərdən fərqli olaraq, ilıq çay menstruasiyaya müsbət təsir edir və orqanizmdə qan dövranını yaxşılaşdırır.

Arıqlamağa kömək edir

Çayın tərkibində flavonoidlər var. Bunlar bədənə yağları daha sürətli və daha yaxşı parçalamağa kömək edən bitki piqmentləridir. Həmçinin çayın bir çox növlərində bizi daha çox hərəkət etdirən kofein var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300