Gürcüstan ombudsmanı Rusiyameylli partiyanın ləğvi ilə bağlı konstitusiya iddiası hazırlayıb

 

Gürcüstan ombudsmanı Nino Lomcariya ölkədə fəaliyyət göstərən Rusiyameylli "Mühafizəkar hərəkat” partiyasının ləğvini tələb edir.

Uluyol.info "Report”a istinadən xəbər verir ki, xalq müdafiəçisi bununla bağlı konstitusiya iddiası hazırlayıb.

Ombudsman Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ olmadığından iddianın qaldırılmasını bu hüquqa malik səlahiyyətli subyektlərə təklif etmək niyyətindədir.

N.Lomcariya məhkəmənin iddia ilə bağlı işə baxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Gürcüstan ictimaiyyəti "Mühafizəkar hərəkat” partiyasının fəaliyyətinə qarşı etirazlara başlayıb. Bu səbəbdən siyasi təşkialtın ölkə üzrə bir neçə ofisi bağlanmağa məcbur olub.

Təsisçisi "Alt-İnfo” onlayn media resursu olan "Mühafizəkar hərəkat” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300