Vidadi Muradovun həyat yoldaşı 30 milyonluq əmlakın qaytarılmasını istəyi

 

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

 

Hhüquqi varis V.Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.

Şikayət ərizəsi artıq Ali Məhkəməyə təqdim edilib.

Xatırladaq ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prakurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən ilin noyabrın 5-də xəstəxanada vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakları dövlət nəfinə müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

pia.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300