Müğənnilərin ifalarındakı dil qüsurları araşdırılacaq

 

Xalq artisti: Efirlərdə biabırçılıqdır, insanları televiziyadan küsdürüblər”

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnı ifaçılarının nitqində qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqlərə başlayıb.

 

Mərkəzdən bildirilib ki, hazırda mahnıların böyük əksəriyyəti peşəkar bəstəkarlar tərəfindən deyil, həvəskar bəstəçi və aranjimançılar tərəfindən hazırlanır.

 

Mahnı mətnləri də çox vaxt elə bəstəçi tərəfindən musiqinin ritminə uyğun olaraq, ədəbi janrın tələblərinə məhəl qoyulmadan yazılır.

 

Bu kimi hallar ciddi norma pozuntusu kimi dəyərləndirilib.

 

Xalq artisti, bəstəkar Faiq Sücəddinov Meydan TV-yə deyib ki, bayağı, qeyri-peşəkar mahnıların yayılmasının qarşısını almaq üçün ilk növbədə telekanallardan başlamaq lazımdır:

 

"Bu gün meyarlar dəyişib. Efirlərdə biabırçılıqdır. Telekanallar ancaq fikirləşirlər ki, efirlərində qalmaqal olsun. Nə qədər çox qışqırsalar, o qədər də çox reytinq qazanarlar. İnsanları televiziyadan küsdürüblər”.

 

"Audiovizual Şura bu biabırçılığın qarşısını almalıdır. Telekanallarda musiqişünaslar olmasa, Azərbaycan musiqisinin qayğısına qalmasa, heç nə düzəlməyəcək. Efirə çıxan müğənnilərin çoxunu tanımıram. Özləri öz mədəniyyətlərinə görə mahnı oxuyurlar”, – deyə o bildirib.

 

Bəstəkar deyib ki, telekanal rəhbərləri bayağı mahnı oxuyan müğənniləri efirlərə dəvət etməməlidir: "Afət Fərmanqızı İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə "Pəncu-şeş” adlı mahnı yazıb-oxudu. Əbülfəs Qarayev mədəniyyət naziri kimi məsələyə iradını bildirdi. Həmin iradı Afət Fərmanqızı qulaqardı etdi. Dolayısı ilə dedi ki, get, işinlə məşğul ol. Bu məsələdə telekanal rəhbərləri rol oynadı. Həmin ifanı təbliğ etdilər, yaydılar. Belə müğənniləri onlar efirlərinə çıxarmasalar, belə bayağı mahnılar da ortaya çıxmaz”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300