Zelenski bugünə qədər azad olunan əraziləri açıqladı

 

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də müharibə başlayandan bəri Rusiya işğalından azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.

 

Report.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

Ukrayna liderinin sözlərinə görə, fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib: "Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610-u isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır. Ancaq bundan başqa, digər vilayətlərdəki onlarla şəhər raket zərbələri alırlar. Yüzlərlə müəssisə məhv edilib. Onların arasında mürəkkəb, təhlükəli istehsalatlar da var. Bura kimya, metallurgiya aiddir”.

O bildirib ki, şiddətli döyüşlər bütün cəbhəboyu davam edir: "Donbasda episentr, təbii ki, Luqansk vilayətinin şəhərlərindədir. Xarkov vilayətində düşmənin aktivliyi güclənir. Xerson vilayətindəki İvanovkadan işğalçıları qovmaq müvəffəq olub, cənubda təzyiqləri davam edirik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300