Hüquqşünas: "Zaur Kamalın əmək müqaviləsinə xitam verilməlidir”

 

"Televiziya qonağa dəyən zərəri kompensasiya etməlidir”

 

Aparıcı Zaur Kamalın "ARB” telekanalında yayımlanan "Həmin Zaur” verilişində qonağı iranlı Afşin Azərini efirdən qovması sosial şəbəkələrdə və ictimaiyyət arasında müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı televiziya və media ekspertləri də mövqelərini bildiriblər.

 

Media üzrə hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyib ki, aparıcının davranışı ilə "Media haqqında” Qanunun və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın tələbləri ciddi şəkildə pozulub:

 

"Bu, əslində, çox ciddi ictimai müzakirəyə ehtiyac olan məsələdir – diskriminasiya elementi var. Aparıcının davranışı fərdə yox, bəlli bir qrupa, hətta bütün güneylilərə yönəlik davranış kimi də qiymətləndirilə bilər”.

 

Ekspert bildirib ki, burada "Media haqqında” Qanunun 14.1.7-ci (şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir) maddəsi pozulub.

 

Əlavə edib ki, aparıcının davranışı birmənalı olaraq nüfuzu zədələmək üçün qəsdən törədilib.

 

Məsələdə telekanalın da məsuliyyətini önə çəkən ekspert bildirib ki, yeni Qanunun 39.1-ci maddəsində audiovizual yayımçının vəzifələrindən biri də 14.1.7-ci maddəsində nəzərdə tutulan tələblərə əməl etməkdir:

 

"Telekanal aparıcının etik davranış qaydalarını pozduğuna görə aralarındakı əmək müqaviləsinə xitam verməlidir. Dəvət edilən qonağa dəyən zərər kompensasiya edilməlidir. Nəhayət, təkzib və üzrxahlıq edilməlidir. Bunlar audiovizual yayımçının vəzifələridir”.

 

Ələsgər Məmmədli hesab edir ki, Audiovizual Şura bu məsələ ilə bağlı hökmən telekanala xəbərdarlıq etməlidir.

 

Ekspert həmçinin, qeyd edib ki, aparıcı "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 3.1 (Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli,onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır) və 3.2-ci (Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.) bəndlərini pozulub.

 

Media eksperti, teletənqidçi Qulu Məhərrəmli Meydan TV-yə deyib ki, verilişin qonağı cəmiyyətin qəbul etdiyi normalardan kənara çıxdığı, etik normaları kobud şəkildə pozduğu təqdirdə aparıcı maksimalist qərarı qəbul edə, onu verilişdən kənarlaşdıra bilər:

 

"İndiki şəraitdə verilişdən kənarlaşdırılan iştirakçı qeyri-adi və yaxud qəzəbə səbəb olacaq heç bir addım atmayıb. Ona görə də aparıcı, məncə, burada öz səlahiyyətlərini şişirdib və kobud şəkildə iştirakçını efirdən kənarlaşdırıb. Mən bunu çox mənfi hal hesab edirəm. Çox təəssüfləndim ki, bizim televiziya məkanında bu cür hadisələr baş verir”.

 

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli "Sfera.az”a bildirib ki, aparıcı Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir.

 

Əlavə edib ki, Audiovizual Şura bu məsələ ilə bağlı xəbərdaredici addımlar atacaq.

 

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov isə açıqlamasında efirdə qanun pozuntusu faktının olmadığını deyib.

 

O deyib ki, kimin efirdə olub-olmamasını aparıcı müəyyən edir: "Aparıcı qonağı təhqir etməyib, fiziki güc göstərərək qovmayıb”.

 

"ARB” kanalında yayımlanan "Həmin Zaur” verilişində proqramın aparıcısı Zaur Kamal və iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb.

 

Mübahisə əsnasında aparıcı qonağı efirdən qovub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300