Əhaliyə BƏD XƏBƏR: Gələn aydan...

 

Azəriqaz İstehsalat Birliyi olaraq aldığımız qazın dəyərinin 100 faiz ödənişini həyata keçiririk. İstənilən təşkilata qazın satışını həyata keçirdikdən sonra 30 gün müddətində qazın ödənişini həyata keçirməlidir. Qazın ödənişi edilmədiyi halda qazın verilişi dayandırılmalıdır.

 

Bunu Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat”a 15 dekabradək Azəriqaz İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib:

"Dövlət tərəfindən verilən tapşırığa görə, "Azəristiliktəchizat”a yardım olunur. Bu yardım hər ilin sonu, noyabr ayında həyata keçirilir. Lakin hər qurum işini elə formada qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin. "Azəristiliktəchizat”la abonent arasında bağlanmış müqaviləyə görə, abonent istiliklə təmin etməlidir. Abonent üçün fərqi yoxdur qurumun qaz borcu var, yaxud qazı haradan alır. "Azəristiliktəchizat”la müqaviləmizə əsasən, qaz satışı həyata keçirib, məbləği tələb edirik. Hər ikisi dövlət təşkilatı olduğu üçün güzəştə getdik. Onlara vaxt verildi ki, 15 dekabradək qazın sərfiyyat ödənişini həyata keçirməlidirlər ki, il sonu problem yaşamayaq. Amma buna baxmayaraq, "Azəristiliktəchizat”a satdığımız qazın dəyərini topdan satışçıya ödəmişik. Çünki topdansatışçı bunu bizdən tələb edir. Məsələ 15 dekabradək öz həllini tapacaq. Ona qədər də "Azəristiliktəchizat” ödənişini etməlidir, əks halda ona qazın verilişinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib”.//KAİM.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300