Fars rejiminin "Şuşi” gedişinə Təbriz Yolu ilə CAVAB: "Bu kimi addımlara adekvat qarşılıq verməliyik” -TƏKLİF

 

"Güney Azərbaycanın şəhər adlarını müəyyən yerlərə verməklə, bütöv Azərbaycan duyğusunu gücləndirməliyik”.

Bu fikirləri Şəhər Şurasının qərarı ilə İranın paytaxtı Tehranda bir neçə küçə və xiyabana "Şuşi”, "Badikubə” və "Nardaran” adların verilməsinə münasibət bildirən siyasi ekspert Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.


 

Onun sözlərinə görə, İran bununla növbəti dəfə öz səfini, kimin yanında olduğunu nümayiş etdirir:

"Fars rejimi Tehranda küçə adlarını bu sayaq dəyişdirməklə, əslində, guya bizi cırnatmağa çalışır. Həm də ki onlar bununla növbəti dəfə öz səflərini, kimin yanında olduqlarını nümayiş etdirdilər.

Fikrimcə, Azərbaycan belə addımlara təmkinli yanaşmalı və buna özünəməxsus qarşılıq verməlidir. Məsələn, mən hələ bir neçə il əvvəl təklif etmişdim ki, Bakının Salyan şosesi adlanan cənuba çıxış yolu Təbriz yolu adlandırılsın.

Bununla da Azərbaycan Respublikasında tədricən Güney Azərbaycanın şəhər adlarını müəyyən yerlərə verməklə, bütöv Azərbaycan duyğusunu gücləndirməliyik.

Eyni zamanda, Bakının şımala çıxış yolunda yerləşən Moskva prospekti də Dərbənd yolu adlandırılmalıdır. Ölkədən qərbə istiqamətlənən yol isə Borçalı yolu adlandırıla bilər”.

Qeyd edək ki, Tehranda bəzi küçə adlarına Azərbaycan şəhərlərinin təhrif edilmiş adlarının verilməsi haqda məlumatı xaricdə yaşayan jurnalist Elbəyi Həsənli yayımlayıb.

A.Zeynalov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300