Araik Xankəndində17 mərtəbəli bina tikdirir…-FOTOLAR

Xankəndinin V.Mamikonyan küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi davam edir. Moderator.azxəbər verir ki, bu barədə erməni mediasına Rusiya hərbi kontingentinin himayəsi altında bəslənən separatçı-terrorçu rejimin qanunsuz "şəhərsalma nazirliyi”nin mətbuat katibi Marta Danielyan danışıb.

 

Onun sözlərinə görə, "yaşayış binası 2 korpusdan ibarət olacaq: birincisi 17, ikincisi isə 16 mərtəbəli. 30 yeraltı və 20 yerüstü olmaqla 50 maşınlıq dayanacaq da nəzərdə tutulub. Binada 171 mənzil olacaq ki, onlardan bir otaqlı - 12, iki otaqlı - 93, üç otaqlı - 40 və dörd otaqlı - 26 mənzildir. Tikinti işlərini "Kapavor” MMC aparır” - deyən M.Danielyan qeyd edib ki, yaşayış binasının tikintisinin 2024-cü ilin aprel ayına kimi başa çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan dövlətininn bir ildən çoxdur İnterpolla axtarışa verdiyi Araik Arutyunyanın başçılıq etdiyi erməni xuntası Xankəndinin digər küçələrində, eləcə də artıq şəhərin bir məhəlləsinə çevrilmiş Şuşa rayonunun Malıbəyli kəndi ərazisində də çoxmərtəbəli binalar tikdirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300