Arxitektura Komitəsində baş planın yoxluğunu kimlər qazanc mənbəyinə çevirib?

 

Bakı şəhərinin baş planının indiyədək hazır olmaması tikinti sektoruna nəzarət edən qurumların pul qazanmaq mənbəyinə çevrilib.

 

Baş planın təsdiqinin gecikməsi yeni yaşayış binaları inşa etdirmək istəyən sahibkarları çıxılmaz vəziyyət salıb.

 

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bəzi səlahiyyətli şəxsləri mövcud vəziyyətdən yararlanaraq inşaat işləri aparmaq istəyən sahibkarlardan icazə sənədi üçün külli miqdarda pul alırlar.

 

Qlobal.az iddialarla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət öyrənməyə çalışsa da, qarşı tərəf məsələyə münasibət bildirməyib.

 

Qeyd edək ki, cari ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar Dövlət Şəhərsalma və Arxitektura Komitəsin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinin icraçısı Ramin Abdullayevi onun nümayəndəsi Kənan Fərəcovdan icazə üçün 20 min manat istəməkdə ittiham etmişdi.

 

O zaman bu xəbər ölkə mediasında geniş formada işıqlandırılsa da, Komitə heç bir açıqlama vermədi.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir.

 

Anar Quliyev 2020-ci ilin yanvar ayının 8-də bu vəzifəyə təyin edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300