Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? —SENSASİON İDDİA

 

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2011—2016-cı illərdə) Tahir Kərimovla həmin dövrdə rayonun deputatı olmuş Əliağa Hüseynov barəsində sensasion məlumat yayılıb.


Salyan şəhər sakinlərindən Demokrat.az-a daxil olan məlumata görə, 2012-ci ildə Salyanın icra başçısı ilə deputatı əlbəyaxa olublar. Hadisə Salyan şəhərində yerləşən "Gölüstü" restoranında baş verib.

Hadisəyə şahidlik etdiyini iddia edən sakin bildirib ki, həmin vaxtı icra başçısı Tahir Kərimov xidməti avtomobilində gəzdirdiyi silahı Salyanın deputatı olan Əliağa Hüseynovun üzərinə çəkib. Bu zaman restoranda olan Salyanın prokuror müavini tərəfləri sakitləşdirməyə çalışıb.

 

Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? — SENSASİON İDDİA

Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb Tahir Kərimovun Əliağa Hüseynovdan mütəmadi olaraq pul istəməsi olub.

Məsələ ilə bağlı Əliağa Hüseynov Demokrat.az-a qısa açıqlamasında hadisənin olduğunu təksib edib.

O, belə bir hadisənin yaşanmadığını söyləyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300