Zəngəzur dəhlizi regionun inkişafı üçün vacib layihələrdən biridir -Deputat

 

Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun inkişafı üçün vacib layihələrdən biridir.
Uluyol.info bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına imkan verməyəcək, eyni zamanda bütün region ölkələrinin bu dəhlizdən faydalanmasına imkan yaradacaq: "Bununla yanaşı, bu dəhlizin reallaşması region üçün vacibdir. Azərbaycan və Türkiyə regionda 6-lıq əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Həmçinin, Ermənistan da bu dəhlizdən faydalana biləcək.

Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yol kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil".

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması həm də imkan verəcək ki, Rusiyadan Ermənistana daşınan yüklərin həcmində də artım olsun: "Beləliklə, dəhliz Ermənistanın nəqliyyat və daşınmalar baxımından asılılığının minimumlaşdırılmasına gətirib çıxaracaq. Bunun da gələcəkdə Ermənistan iqtisadiyyatı üçün müsbət təsirləri ola bilər. Praktiki olaraq kommunikasiyaların paralel bərpası regionun inkişafı baxımından vacib hesab olunur".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300