Təhsil naziri nöqtəni qoydu:"Bu, mümkün deyil"

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı narazılıqlara münasibət bildirib.

 

Musavat.com-un məlumatına görə, nazir AzTV-yə müsahibəsində qeyd edib ki, bu məsələni yaxından izləyir:

"Həm ictimaiyyət üçün, həm cəmiyyət üçün, həm də sosial mediada özüm yaxından izləyirəm. Başa düşürəm ki, müəyyən mənada xeyli sayda bu prosesdən narazı olan insanlar var.

Amma istərdim məsələlərə obyektiv baxaq. Həmişə məsələlərə obyektiv baxmaq üçün rəqəmlərlə, statistika ilə danışmaq daha doğrudur.

Çünki emosiyalar aldadıcı ola bilər. Hər kəsin emosional duyğularını başa düşürəm, istərdim, bu proses qarşılıqlı olsun. Təhsil Nazirliyinin də mövqeyi nəzərə alınsın.

Dəyişməyən bir məsələ ondan ibarətdir ki, Azərbaycan təhsil sistemində 150 min nəfər müəllim işləyir. Bir müəllim orta hesabla 30 il xidmətdə olursa, təxminən 5-6 min vakant yer mümkündür. Nazirlik də hər il bu sayda vakant yer çıxarır. Həqiqət budur ki, bu yerlər də həmişə tam tutulmur, ucqar yerlərdə boş qalır.

Bu, böyük say deyil, 1000-2000 qədərdir. Bu həqiqət heç vaxt dəyişmir, 150 min müəllimi olan sistemin il ərzində beş min-altı min vakant yeri ola bilər. Ona görə Təhsil nazirliyindən 10-15 min vakant yer gözləmək qeyri-realdır. Bu, riyazi olaraq mümkün deyil və hər hansı bir şəxsin istəyinə bağlı deyil”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300