Məşhur Türk iş adamının Bakıdan çıxışına qadağa qoyuldu-24 MİLYON VERGİ BORCU VAR

 

Azərbaycanda böyük layihələr həyata keçirən türkiyəli iş adamı Abdurrahman Şentürk Azərbaycan dövlətinə 24 milyon manat vergi borcu olmasına görə məhkəməyə verilib.

Uluyol.info xəbər verr ki, Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsinə təqdim edilən ərizədə qeyd edilib ki, Abdurrahman Şentürkün dövlət büdcəsinə olan ümumilikdə 23 milyon 997 min 720 manat məbləğində vergi borcu yaranıb. Nazirlik bu borcun ödənilməsini təmin etmək üçün A.Şentürkün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Bakı Kommersiya Məhkəməsi nazirliyin iddiasını təmin edərək 24 milyon vergi borcu olan Abdurrahman Şentürkün Azərbaycanda çıxmasına "Stop” qoyub.

Qeyd edək ki, Abdurrahman Şəntürk 1987-ci ildə Türkiyədə "Bayburt İnşaat” adı ilə yaradılan, hazırda "Bayburt Grup” adlanan tikinti şirkətinin rəhbəridir. "Kor” ləqəbli iş adamı son illərdə Türkiyədə qazandığı dövlət tenderləri ilə diqqət çəkir.

A.Şəntürkün şirkətləri uzun illər Azərbaycanda dövlət tərəfindən aparılan layihələrin icraçısı olub. 2017-ci ildə "Bayburt Grup” Türkiyə Səfirliyinə sənəd təqdim edərək Azərbaycanda 1 milyard dollar dəyərində layihə icra edəcəklərini bildirib.

Gəncə-Qazax yolunun 40 km-lik hissəsinin yeniden qurulması üçün "Bayburt Grup”a daxil olan "Özgün Yapı” şirkətinə 120 milyon dollar ödənilib. "Bayburt Grup”un Azərbaycanla daha bir bağlılığı isə holdinqə daxil olan "Agrobay Seracılık” şirkəti ilədir. Şirkətin saytında Azərbaycana 15 milyon dollarlıq investisiya qoyulduğuna dair xəbər yer alıb. "Azərşəkər” şirkəti ilə ortaq həyata keçirilən layihə 1000 hektar ərazidə suvarma sistemləri, kənd təsərrüfatı və heyvandarlıqla bağlı işlər görüləcəyi qeyd olunub.

Türkiyə mediasının araşdırmasına görə, "Bayburt Grup” rəsmi sənədlərdə Azərbaycanda Dübəndi Havalimanı tikdiyini göstərib.

2017-ci ildə yayımlanan xəbərlərə görə, Şəntürk Türkiyədə də məhkəməyə verilib. Rəsmi sənədlərdə saxtakarlıq və tender qanunsuzluqlarına görə o şübhəli şəxs kimi dindirilib. İttiham aktında Azərbaycanla bağlı məqamlar da olub. Belə ki, Şəntürk tenderdə qalib olmaq üçün 2013-cü ildə Azərbaycanda metro xətti çəkdiyinə dair saxta sənəd təqdim edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300