Şamaxının icra başçısının dəbdəbəli villası – FOTOLAR


Azərbaycanda məmurların böyük əksəriyyətinin dəyəri on milyonlarla ölçülən biznesə, malikanələrə, obyektlərə sahib olması barədə yerli və beynəlxalq mediada dəfələrlə yazılıb.

Aylıq məvacibləri 1500-2000 manat olan bu məmurların milyonluq sərvətləri dövlətdən aldıqları maaş hesabına əldə etmələri, əlbəttə ki, mümkün deyil.

Qlobal.az-ın əldə etdiyi məlumata görə özünə yeni dəbdəbəli malikanə tikdirən məmurlarlardan biri də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur.

Tahir Məmmədovun qısa zaman ərzində Şamaxı şəhərində inşa etdirdiyi villanın dəyərinin 300-400 min manat arasında olduğu deyilir.

Bu villanın 5 metrə yaxın hündürlüyü olan hasarına 30-40 min manat xərc çəkildiyi deyilir.

Şamaxı Rayon İcra Hakimiyyətinə 2018-ci ilin oktyabr ayından başçılıq edən Tahir Məmmədovun bu 3 il ərzində bu qədər sərvəti hansı yolla əldə etməsi ortaya bir sıra suallar çıxarır.

Şamaxı Rayon İcra Hakimiyyəti xəbərə münasibət bildirməyib.

 

 
Uluyol

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300