Pnevmoniya xəstəsinə banka qoymaq olmaz -Ağırlaşmaya səbəb olur

 

Ölkəmizdə "banka qoymaq” kimi universal müalicəvi üsul var. Bankaların köməyi ilə soyuqdəymədən tutmuş sonsuzluğa qədər bütün xəstəlikləri müalicə edirlər.

 

Bəli, bəzi hallarda (bel, əzələ ağrıları zamanı, soyuqdəymə, nəfəsalma sistemi xəstəliklərinin sonunda və s.) bu üsul müəyyən kömək edir. Lakin əksər hallarda onun ciddi bir müalicəvi effekti yoxdur, bəzən isə bankalardan istifadə insana ziyan vura bilər, xəstəliyi daha da ağırlaşmasına səbəb ola bilər.

 

Nəzərinizə çatdıraq ki, banka ilə müalicə əsasən post-sovet ölkələri və Çində geniş istifadə olunur, ABŞ və Avropada istifadə olunmur və orada hətta qadağandır.

 

Son zamanlar koronavirus epidemiyası fonunda pnevmoniya halları kəskin artıb.

 

Kəskin bronxit və pnevmoniya zamanı banka qoymaq olmaz. Bu iltihabi prosesin daha da genişlənməsinə, xəstəliyin ağırlaşmasına səbəb olacaq.

 

Həmçinin nadir hallarda olsa da kəskin pnevmoniya zamanı banka qoymaq plevrit (ağciyərin üzərini örtən plevranın iltihabı) və hətta ağciyərin yırtılmasına səbəb ola bilər. Yüksək qızdırma zamanı da bankalar qadağandır.

 

Koronavirus pnevmoniyası bir çox hallarda gizli inkişaf edir və yalnız KT zamanı xəstədə ağciyərin ciddi zədələnməsi aşkar olunur. Bu səbəbdən özünüzdə soyuqdəymə simptomlarını müşahidə etdikdə dərhal bankalara əl atmayın.

 

Bu adi soyuqdəymə deyil, koronavirus infeksiyası ola bilər ki, bu zaman bankalardan istifadə ağır fəsadlar verə bilər.

 

Banka ilə müalicə pnevmoniyadan sağalma dövründə istifadə oluna bilər. Lakin bu halda da əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır. /Saglamolun.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300