"Ermənistan Araz çayını zəhərləyir"- Almaniya səfiri

 

"Bir neçə il bundan əvvəl Almaniya Araz çayını çirkləndirməyə son qoymaq üçün təmizləmə qurğuları tikdirməyi Ermənistana təklif etsə də, bu məsələ indiyədək həll olunmur".

Uluyol.info xəbər verir ki, bunu "Report”a Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq sərhəddən axan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirlməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, nəticədə İrəvanın bütün çirkab suları Arazı zəhərləməyə davam edir.

Almaniyalı diplomat həmçinin ətraf mühitin mühafizəsi sahəsində məlumat mübadiləsi və ekspertlərin cəlb olunması üçün Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərini xüsusi platformada birləşdirmək istədiklərini söyləyib:"Bunu Almaniya Federal Xarici İşlər Nazirliyi, Federal Ətraf Mühit, Təbiətin Mühafizəsi, Nüvə Təhlükəsizliyi Nazirliyi ilə müzakirə etmişik, çayların çirklənməsinə son qoymaq üçün fəalların və qurumların birgə əməkdaşlıq etdiyini görürük”.

Xatırladaq ki, bu ilin iyul ayında zəngilanlı məcburi köçkünlər Almaniyanın Azərbaycandakı səfiri V.Maniqə müraciət edərək Ermənistanda mədənçilik fəaliyyəti ilə məşğul olan Almaniyanın "Cronimet” şirkətindən ekoloji tələbləri pozduğuna görə şikayət ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300