Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalanıb

 

Bu gün Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb.

Uluyol.info "Report”a istinadən xəbər verir ki,sənədi hər iki ölkənin baş nazirləri - Əli Əsədov və İrakli Qaribaşvili imzalayıblar.

Toplantı çərçivəsində, həmçinin Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında anlaşma haqqında memorandumlar da imzalanıb.

Həmin sənədlərə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, iki hökumət arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətəndirilməsi sahəsində əməkdaşlığa dair razılaşma, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədində keçid məntəqələrinə dair razılaşma, "Produce in Georgia” ictimai hüquqlu publik şəxsin Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandumlar daxildir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300