Polad Həşimovun qızından atasının məzarı
başında duyğulandıran addım - FOTO
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova duyğulandıran addımı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Aybəniz Həşimova bu gün ağ xalatda atasının məzarına baş çəkib.
Qeyd edək ki, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.
Universitetdə dərslərin başlamasının ilk günündə şəhid qızının atasının məzarı üstünə getməsi rəğbətlə qarşılanıb.