"Neft erası”nın bitəcəyi vaxt açıqlandı

 

Fransanın enerji nəhəngi "TotalEnergies SE” "neft erası”nın başa çatdığını bəyan edib

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında müvafiq analitik yazı yayınlanıb. Firma analitiklərinin rəyinə əsasən, neft və qaz kimi təbii yanacağa qlobal tələbat iqlim böhranı ilə mübarizə fonunda təxmin ediləndən daha tez bitəcək. Burada bir çox ölkələrin ekologiya üçün zərərli sayılan enerji qaynaqlarından imtinasının böyük rolu olacaq.

"TotalEnergies SE”in ən təzə proqnozlarında 2050-ci ilə qədər zəhərli qazların havaya atılmasının qarşısının alınması ilə bağlı dövlətlərin üzərlərinə götürdüyü rəylər də nəzərə alınıb. Ekspertlərin fikrincə, planet üçün ziyanlı yanacağa olan tələbat 2030-cu ildə özünü maksimum həddinə çatacaq və daha sonra tədricən proses aşağıya doğru enəcək. İri qlobal şirkətlərin bundan sonra külək və günəş enerjisinə daha çox investisiya cəlb edəcəyi əminliklə verilən proqnozlar arasındadır.

Qeyd etmək lazımdır ki, bu ilin iyul ayında İsveçin "Svenska Dagbladet” jurnalı da neftlə bağlı "ölüm hökmü”nün tezliklə gerçəkləşəcəyini bildirib. Mütəxəssilərin gəldiyi qənaətə görə, ABŞ, Avropa və Çinin iqlim neytrallığı sahəsindəki səyləri nəticəsində təbii yanacağın istehlakı 2050-ci ildə iki dəfə aşağı düşəcək. Ölkənin "Nordea” bankının ekoloji maliyyə departamentinin rəhbəri Tina Saltvett neftə olan tələbatın 2025-2030-cu illərdə özünün ən zirvə həddinə çatacağını söyləyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300