TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirildi -FOTO

 

Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransı olub. Mətbuat konfransında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, təşkilat qarşısında dayanan vəzifələrin icrası baxımından 10-cu plenar iclasın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri deyib ki, gündəliyə daxil olan bütün məsələlər işgüzar şəraitdə geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Tədbirin Türküstan şəhərində keçirilməsinin böyük önəm daşıdığını deyən Milli Məclisin sədri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ölkənin tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirib.

Yekunda Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirən spiker Sahibə Qafarova jurnalistlərə məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb. Sənəddə həmçinin 2021-ci ilin 15 iyun tarixində imzalanmış Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə və bölgədə dayanıqlı sabitliyin təmin edilməsinə yönəlmiş Şuşa Bəyannaməsi təqdirlə qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının tranzit və ticarət potensialına böyük töhfə verəcəyi vurğulanıb.

Azərbaycan parlamentinin rəhbəri əminlik ifadə edib ki, toplantıda qəbul edilən qərarlar türkdilli ölkələrin rifahına xidmət edəcək, dövlətlərarası münasibətləri daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri təşkilatın fəaliyyətdə olan sədrinə və həmkarlarına uğurlar arzulayıb.

Sonra tədbirdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300