Müqəddəs dinimizi böldüyümüz kimi, şəhidlərimizi də bölürük...

 Şəhidlik haqqında Elmi-lədun söhbətlər

"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. "Quran”, 3:169.

Övladları müharibədə həlak olmu valideynlərin çıxışlarını ürək ağrısı ilə dinləyirm. Təskinlik tapacağımız bir məqam var ki, Vətən uğrunda dünyasını dəyişənlər adi ölü olmayıb, şəhidlik məqamına yüksəlirlər. O məqama ki, Allah-taalanın peyğəmbərləri, imamları və ən sevimli dostları həmin məqamdadırlar.

Bəzən çoxları düşünür ki, axı mənim qardaşım (yaxud oğlum) ailəmizdə ən ürəyitəmiz, mömin oğlan idi, Allaha bağlı idi, (Qeyd edim ki, şəhidlər haqda çox tədqiqatlar aparmışam və mənə məlumdur ki, onlar nəinki öz ailələrinin, hətta doğulduqları kəndin, şəhərin ən imanlı, ən ləyaqətli, vətənpərvər və qəlbən Allaha bağlı oğulları olublar) axı Allah çoxlarını qoruduğu halda niyə onu qorumadı? Axı, istəsəydi qoruyardı, O, buna qadirdir!

Bilirəm, bu sual çoxlarının qəlbini didən və rahatlığını pozan cavabsız sualdır. Sualın cavabını Rəbim aşağıdakı ayələrdə verir:
"Əgər siz (Xocalı faciəsində - P.Y.) yara aldınızsa, o biri (kafir) dəstə də (digər döyüşdə) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz”!

"Bu, həm də Allahın iman gətirənləri (öz qanlarıyla günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür”.
"Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (camaata bildirib) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?”
"Quran”, 3-cü Surənin 140-141-142-ci ayələri.

Ayələrdən görünür ki, Rəbbim iman gətirənləri Şəhidlik (Peyğəmbərlik) məqamına yüksəltmək istəyir. İndiki dövrdə həmin məqama yüksəlməyin başqa yolu olmadığından (həm də dövrümüzdə bütün insanlar müxtəlif günahlarla çirkləndiklərindən), Allah sevdiyi bəndələrinin yolunu müharibədən salır ki, üstlərindəki günahlar öz qanları (şəhidlik qanı) ilə yuyulsun ki, onlar ən uca məqama layiq olsunlar (bax: yuxarıdakı 141-ci ayəyə).

"Müharibəyə getməyib, evlərində oturan və (müharibəyə getmiş) qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə söylə: "Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”

"De: - "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər” "Quran”. Surə 3; Ayə 168-154.

Bu ayələrdən də görünür ki, şəhidlərin alnına həmin gün ölüm yazılmışdır. Yəni, müharibəyə getməsəydilər belə, həmin gün ömürləri başa çatmalıydı. Sadəcə, onlar imanlı və qəlbləri Allaha bağlı olduqlarından, Allah onları ən uca məqama yüksəltmək istədi. Ona görə də onlara Şəhidlik nəsib etdi. Necə ki, Peyğəmbərlərə, imamlara və digər dostlarına qismət etmişdi.

İmamlardan söhbət düşmüşkən, bu gün xalqımız həm şəhidlik məktəbinin əsasını qoymuş İmam Hüseynin, həm də Vətənimiz, namusumuz uğrunda canından keçən şəhidlərimizin anım gününü eyni gündə qeyd edir.
Bütün bunlar təsadüfü olmayıb (Quran məntiqinə görə həyatda təsadüf olmur), Allahdan bir mesajdır ki, şəhidlər hansı əsrdə, hansı ildə canını fəda etməsindən aslı olmayaraq, hamısı müqəddəsdir, hamısının məqamı ALLAH dərgahında eynidir (peyğəmbərlərin məqamındadırlar).

Görmürsüzmü neçə aylardan sonra açılan şəhid məzarlarında cənazələrin çürümədiyi görünür. Ey ağıl sahibləri, kimlərin cənazəsi çürümür? Ancaq müqəddəslərin - peyğəmbərlərin, imamların, övliyaların - cənazəlrinin çürümədiyini ALLAH zaman-zaman insanlara görk edir!

Gəlin görək bizlər bunndan ibrət alıb, şəhidlərimizə doğru-düzgün qiymət veririkmi? Məncə nə ibrət almırıq, nə də düzgün qiymət vermirik. Ələ portret götürmək, anım gününü qeyd etmək hələ olanları düzgün dərk etmək deyildir. Tssüf ki, bu gün anım gününü qeyd etməklə yanaşı, şəhidlərimizi "birinci"yə, "ikinci"yə bölməklə öz qanmazlığımızı ortaya qoyuruq. Şəhidlərə düzgün qiymət versəydik bu gün 93-də. 95-də.... şəhid olanlardan bircəciyinin şəklini qaldırıb, ötəri də olsa adını çəkərdik...

Sual yaranır: bəs doxsanlarda şəhid olanlar kimin yolunda həlak olublar? Onları niyə yada salmırıq? Onların ruhları, valideynləri, doğmaları bunu hörmətsizlik kimi qəbul etmirlərmi? Belə çıxmırmı ki, sabah da bir döyüş olsa və yeni şəhidlər versək bu gün andığımz şəhidləri bir daha yada salmayacağıq???

Özümüzə, etdiyimizə, davranışımıza kənardan baxıb utanmalıyıq məncə. Bütün müqəddəsləri - dinimizi, imanımızı... bölmüşdük, bircə şəhidlərimiz qalmışdı, onu da böldük. Ayıb olsun bizə!
ALLAH bizi bağışlasın.

Dr. Paşa Yaqub

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300