Əməkdar artist xəstəxanaya
yerləşdirildi: ürəyində ciddi
narahatlıq yaranıb - FOTO
Əməkdar artist hospitala yerləşdirildi
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sarvar Aliyevin ürəyində ciddi narahatlıq yaranıb.
Bu səbəbdən, əməkdar artist Avrasiya Hospitalın Kardiologiya şöbəsinə yerləşdirilib və təcili müayinəsinə başlanılıb.
Həkim nəzarətində bütün lazımi müayinələrdən keçən Sərvər Əliyevin açıq ürək əməliyyatı keçirməsi və ya ürəyinə stend qoyulması gözlənilir.
Qeyd edək ki, Sərvər Əliyev 2016-cı ildə də ürək əməliyyatı keçirib.(Ölkə.az)
