"Pandemiya daha iki il həyatımızda olacaq” -İnfeksionistdən bədbin açıqlama

Koronavirusun yoluxma arealının genişlənəcəyi və epidemioloji gərginliyin yenidən artacağı ilə bağlı proqnozlar verilir. İstər yerli, istərsə də xarici mütəxəssislər payızda koronavirusun daha güclü dalğası ilə üz-üzə qalacağımızı bildirirlər. Dalğanın söndüyü, yoluxmanın azaldığı bir dövrdə virusla bağlı təşvişedici xəbərlərin gəlməsi insanlar arasında narahatlıq yaradıb.

Həkim-infeksionist Vüqar Cavadzadə açıqlamasında pandemiya ilə bağlı qorxulu proqnozlar verib.

Onun sözlərinə görə epidemiyanın mütəmadi olaraq alovlaşmaları müşahidə edilə bilər:

"Payız mövsümündə havaların soyuması ilə əlaqədar olaraq virus infeksiayaları daha da aktivləşir və xəstəliktörətmə qabiliyyəti yüksək olur. Fikrimcə, noyabr və dekabr aylarında yoluxmalarla bağlı artım və azalmalar müşahidə ediləcək”.

Həkim pandemiyanın konkret olaraq bu il və gələn il də həyatımızda var olacağını qeyd edib:

"Epidemiyanın nə vaxt bitəcəyini heç kim deyə bilməz. Nə Ümümdünya Səhiyyə Təşkilatı, nə də bu sahənin mütəxəssisləri yetkin proqnozlar verə bilər. Pandemiya 2 ildir davam edir. Çox güman ki, hələ 2 il də mövcud olacaq”.

Vaksinasiyanın virusla mübarizəsinə gəlincə, infeksionist peyvəndləmənin qoruyuculuq müddətinin ən çoxu 4-5 ay davam etdiyini deyib:

"Bilirsiz ki, peyvənd "yoluxmayacağıq” anlamına gəlmir. Artıq xeyli insan var ki, peyvəndlənmələrindən 6 ay keçir. Onların üçüncü doz qəbul etmələri gərəkdir”.

Qeyd edək ki, indiyədək ölkədə 468 min 943 nəfər koronavirusa yoluxub. Onların 6251 nəfəri dünyasını dəyişib. Fevral ayında başlayan vaksinasiya prosesinə 7 milyon 863 min 592 nəfər cəlb olunub.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300