28 ildən sonra Üzeyir Hacıbəylinin doğum günü bu gün doğma Şuşasında qeyd olunacaq

 

Bu gün - sentyabrın 18-i dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin doğum günüdür.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu. Yalnız 1995-ci ildən etibarən mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə bu ənənə yenidən bərpa olundu və o vaxtdan hər il sentyabrın bu günündən etibarən ölkədə böyük musiqi festivalı, konsert tədbirləri keçirilir.

Oxu.az -

Artıq Üzeyir bəyin doğma yurdu Şuşa 28 ildən sonra azad olunub. Bu münasibət ilə sentyabrın 18-də dahi bəstəkarın doğum günü Şuşada qeyd olunacaq. Belə ki, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin bildirib ki, hər il olduğu kimi bu il də ənənəvi olaraq sentyabrın 18-dən 24-dək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Şuşada keçiriləcək konsert də bu festival çərçivəsində baş tutacaq.

Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq "Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə giriş mümkün olacaq.

Daha bir məlumat: sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum gününə həsr olunaraq çəkilən film-konsert efirdə yayımlanacaq. Bu barədə Əməkdar artist, tanınmış bəstəkar Vüqar Camalzadə Moderator.az-a açıqlamasında bildirib.

Xalidə GƏRAY, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300