Ermənistanın Azərbaycana dörd dəfə "İskəndər” atması doğrudur -Şair Ramaldanov

 

Ermənistan ordusunun müharibə dövründə verdiyi yalan məlumatları növbəti dəfə ifşa edilib. Ermənistanın hərbi eksperti Van Ambarçumyan bu barədə "Budrooo news” kanalında çıxış edib. O müharibə dövründə "İskəndər" raketindən istifadə edildiyini təsdiqləyib və Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı məlumatların yalan olduğunu qeyd edib.

Məsələni Trend-ə şərh edən hərbi ekspert, polkovnik Şair Ramaldanov Ermənistan tərəfindən rəsmi təsdiqlənməsə də, V.Ambarçumyanın fikirlərinin doğru olduğunu deyib. Bildirib ki, Ermənistan ordusu istər müharibədən qabaq, istər müharibə dövründə, istərsə də müharibədən sonra yalan məlumatlar yayıb:

"Bizdə də erməni cəmiyyətinə öz dövlətləri tərəfindən yalan informasiyalar verilməsinə dair yetərli qədər fakt var. Bu ilk növbədə erməni hərbi-siyasi rəhbərliyinin özlərini qorumaq üçün atdığı addımlardır. Çünki, əgər, erməni xalqı həqiqətləri bilsəydi, əlbəttə ki, hərbi-siyasi rəhbərliyin vəziyyəti acınacaqlı olacaqdı. O ki qaldı "İskəndər" raketlərinin tətbiqinə, biz Şuşada bu raketlərin qalıqlarını tapmışıq. Həm "İskəndər"lərin, həm də digər raketlərin Bakıya doğru atılması ilə bağlı da məlumatlar var. Amma Azərbaycanın hava hücumundan müdafiə sistemləri bu hücumların qarşısını müvəffəqiyyətlə alaraq, hava məkanını qoruya bilib. Ermənistan ordusu müharibə dövründə arsenalında olan bütün silahlardan istifadə edib. Ermənistanın ən böyük yalanı itkilərlə bağlı olub. İtkilərin açıqlanandan 2 dəfə çox olmasını sonradan özləri də etiraf etdilər. İndi də erməni hərbçilərinin nəşi aşkar olunur".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300