İran Xarici İşlər Nazirliyinə Müsavatdan cavab

 

İran Xarici İşlər Nazirliyinin Xəzər dənizində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinə etirazının heç bir hüquqi əsası yoxdur.

 

Bu haqda sentyabın 15-də Müsavat Partiyası bəyanat yayıb.

 

"İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadənin açıqlaması indiki vəziyyətə adekvat deyil. Xəzər dənizində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi yerli və beynəlxalq hüquqa uyğun olmaqla yanaşı, Xəzərin hüquqi statusuna dair anlaşma ilə də heç bir ziddiyyət təşkil etmir” – deyə, Müsavatın bəyanatında vurğulanır.

 

Sənəddə qeyd edilir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri heç bir qonşu ölkənin maraqlarına qarşı deyil: "Bütün sahələrdə olduğu kimi, dəniz sularının qorunması istiqamətində də Türkiyə təcrübəsinin öyrənilməsi təbiidir”.

 

Müsavat Partiyası Azərbaycan dəniz donamasının və dəniz sərhədçilərinin peşəkarlığının artırılmasına hesablanmış təlimlərə qarşı verilən açıqlamanı bərabərhüquqlu qonşuluq siyasətinə, Xəzər dənizinin hüquqi statusunun mahiyyətinə zidd olduğunu bildirməklə yanaşı, bu kimi təlimlərin Xəzərdə hansısa xarici ordu birləşmələri yerləşdirlməsi kimi yozulmasını da doğru hesab etmir.

 

"Digər ordu birləşmələrində olduğu kimi, dəniz donanması və su sərhədlərinin mühafizəsi sahəsində peşəkarlığın artırılması üçün Azərbaycanın ən güclü NATO ölkələrindən biri olan qardaş Türkiyə ilə əməkdaşlıq etməsi və birgə təlimlər keçirməsi Azərbaycanın suveren hüququdur” – deyə, Müsavat Partiyasının bəyanatında vurğulanır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300