Dövlət qurumundan Hüseynbala Mirələmovun diplomat oğlu ilə bağlı AÇIQLAMA

 


 

 

 

Sabiq deputat Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov barədə polis orqanlarına şikayət edilməsilə bağlı daha bir dövlət qurumu açıqlama verib.

 

Uluyol.az "oxu.az”a istinadən xəbər verir ki, Rauf Mirələmovun "1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işləri aparması bağlı məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təsdiq edib.

Bildirilib ki, məsələ ilə əlaqədar ərazidə monitorinq aparılıb, akt tərtib olunub və tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

Xatırladaq ki, daha əvvəl məlumatda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə araşdırma apardıqdan sonra qeyri-qanuni olduğu müəyyənləşən tikinti işləri ilə bağlı Rauf Mirələmova xəbərdarlıq edilməsinə baxmayaraq qarşı tərəfin buna məhəl qoymadığı qeyd edilib.

Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti polisə müraciət edib.

Qeyd edək ki, R.Mirələmov Xarici İşlər Nazirliyində çalışır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300