Qadın paralimpiya çempionu: "Babamın da ruhu şaddır" VİDEO

 

"Mənim üçün ən sevindirici və qürurverici hal ölkə başçısı İlham Əliyevin şəxsi tviter hesabında adlarımızı yazaraq təbrik etməsi oldu”.

Bunu "Report”a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanmış Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.

Altı ildir idmanla məşğul olan Vəliyeva bildirib ki, bu sahəyə gəlməkdə ən böyük dəstəkçisi babası olub:

"İdmanla məşğul olmağımda babamın rolu böyükdür. Uşaqlıqdan babamla birlikdə idman yarışlarını izləyərdik. Əvvəlcə voleybolla məşğul olmuşam. 1,5 illik voleybol məşqlərindən sonra qərara gəldim ki, mənim üçün komanda şəklində oynamaq uyğun deyil. Amma doğrusu, sürətli qaçdığımın da fərqində idim. Məni atletikaya babam özü gətirdi. Elə həmin gündən də fəaliyyətimi bu sahədə davam etdirirəm”.

Vəliyeva Azərbaycanı layiqincə təmsil etdiyi və ölkə bayrağını yüksəklərə qaldırdığı üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib: "Doğrudur, babam artıq dünyasını dəyişib. Amma onun da ən böyük arzusu idi ki, mən o cür yarışa qatılım və ölkəmizi layiqincə təmsil etdim. Bu qələbəni dadmaq başqa bir hissdir. Sevinirəm ki, bu gün babamın da ruhu şaddır”.

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.

 

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300