Azərbaycandan İrana müalicə üçün getmək istəyənlərə süni əngəl yaradılır

 

Son günlər saytımızın elektron ünvanına gələn şikayət məktublarının arasında çoxluq təşkil edən mövzu Azərbaycandan İran İslam Respublikasına müalicə üçün getmək istəyənlərlə bağlıdır.

 

Uluyol.info xəbər verir ki, artıq 2 ilə yaxındır ki, Covid-19 pandemiyası ilə əlaqədar dünyada sərhəd keçid məntəqələri bağlı olduğu kimi, İran İslam Respublikası ilə Azərbaycan Respublikasınında sərhəd keçid məntəqələri hər iki ölkənin vətəndaşlarının üzünə bağlıdır.

 

   Bağlı olmasına baxmayaraq, bütün ölkələrdə olduğu kimi Azərbaycandan İrana, İrandanda Azərbaycana təhsil ilə əlaqədar tələbələr, həkim dəvəti ilə xəstəxanaya gedən xəstələr və dünyasını dəyişən yaxınına görə və ya bir başqa vacib məsələlərdə rahat şəkildə digər ölkəyə getmək olurdu. Bunun üçün həmin şəxs Xarici İşlər Nazirliyi, Nazirlər Kabinetinin yanında Opareativ Qərargah tərəfindən verilən sənəd və kodla İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edirdi. Müraciət əsasında verilən icazə kodu ilə rahat şəkildə İran İslam Respublikasına keçə bilirdi. 

Son günlər isə birtərəfli olaraq İran səfirliyi buna süni əngəl yaratmaqla məşğuldur.

 

Şikayətçilərin bildirdiyinə görə "İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Seyid Abbas Musəvinin tapşırığıdır və tapşırığa uyğun olaraq bizlərə İrana keçməyə icazə verilmir. Bir müddət əvvələ qədər kodları alıb və prosedur sənədləri toplayıb rahat şəkildə İrana gedə bilirdik. Bizim kimi onlarla insan müxtəlif ölkələrə müailəcəyə gedirlər. Bizlərə İrana getmək daha münasibdir, həm məsafəyə görə yol xərcimiz az çıxır, həmdə müailəcənin ucuz şəkildə edə bilirdik. Ən əsası İranın səhiyyəsi çox inkişaf edib və bizi kimi xəstələrin şəfa tapmasında rolu danılmazdır".

 

Şikayətçi bildirir ki, "ötən günlərdə İrana müalicə üçün gedənlərdən, yolüstü Məşhəd şəhərindən keçərkən 8-ci imam İmam Rza(ə)ın ziyarətgahını ziyarət etmələri səbəb olub ki, birmənalı olaraq icazələrin dayandırılmasına gətirib çıxarıb. Guya əsaslandırılar ki, aldıqları icazənin marşurutuna  uyğun deyil. Məncə burada qabardılacaq bir şey yoxdur. İnsan müalicəsi üçün 1000 km-lərlə yolu qət edir ki, şəfasını tapsın. Və aydındır ki, insanlarımız həkimin, dərmanın gücü ilə paralel inancından dolayı müəyyən ziyarətgahlar var ki, oranı görüb, şəfa tapmasına vasitə bilir. Yolüstü fürsət bilib 10 dəqiqəlik bəlkə həyatında heç vaxt gələ bilməyəcəyi yeri-İmam Rza (ə)-ı ziyarət etməyi niyə insanımıza çox görsünlərki?!"


 

Uluyol.info 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300