Bu deputatlar da YAP-dakı sədrlikdən GETDİLƏR

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında (bu il martın 5-də keçirlmiş VII qurultay) qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.

 


Bu dəyişikliyə uyğun olaraq YAP-ın rayon təşkilatlarına sədrlik edən deputatlar həmin vəzifəni təhvil verirlər.

Artıq Yeni Azərbaycan PartiyasıGəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev ötən gün istefaya getdiyini açıqlayıb.

YAP-ın İdarə Heyətinin bu gün saat 15.00-da başlayacaq iclasının gündəliyinə Bakı rayonları üzrə yeni təşkilat sədrlərinin təyin olunması məsələsinə baxılacaq.

Modern.az xəbər verir ki, YAP-ın Bakı rayonlarındakı yerli təşkilatlarına rəhbərlik edən digər deputatlar da artıq postlarını təhvil veriblər. Bu gün onların yerinə seçiləcək yeni sədrlərin adları elan olunacaq.

Qeyd edək ki, partiyanın Qaradağ rayon təşkilatına deputat Aydın Hüseynov sədrlik edirdi.

Nizami rayon təşkilatında sədrliyi deputat Sədaqət Vəliyeva edirdi.

Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı idi.

Səbail rayon təşkilatına sabiq deputatŞəmsəddin Hacıyevrəhbərlik edirdi.

Yasamal rayon təşkilatında sədri isə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov idi.

Bundan başqa, Pirallahıda sədr Hikmət Şikarov;
Binəqədidə Ramiz Göyüşov;
Xəzər rayonunda Ramiz Əhmədov;
Nərimanovda Təmraz Tağıyev;
Sabunçuda Mehriban Abasquliyeva;
Suraxanıda Vüqar Seyidov sədr postunu tuturdu.

Xətai rayonunda sabiq deputat Hüseynbala Mirələmov sədrlikdən uzaqlaşdırılandan sonra həmin post boşalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300